Hörmətli həmkarlar,


6 dekabr 2025-ci il tarixində Bakı Konqres Mərkəzində keçiriləcək IV Stomatoloji Xeyriyyə Konfransında Sizi görməkdən çox şad olarıq. Bu nüfuzlu tədbir stomatoloji sahədə çalışan mütəxəssisləri bir araya gətirərək elmi bilik və təcrübə mübadiləsi üçün mühüm platforma təqdim edir. Eyni zamanda, konfrans xeyriyyəçilik təşəbbüslərinə dəstək vermək məqsədi daşıyır. Tədbirdən əldə olunan gəlirin 100%-i müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların sağlamlıqlarının yaxşılaşdırılmasına yönəldiləcək. Bu, konfransa həm də humanist dəyər qazandırır. Konfrans çərçivəsində beynəlxalq miqyasda tanınmış lektorlar tərəfindən maraqlı məruzələr təqdim olunacaq. Tədbirdə estetik və funksional nəticələrə yönəlmiş müasir stomatoloji yanaşmalar, adgeziv keramik restavrasiyalar, çağdaş rəqəmsal protokollar və total ağız reabilitasiyası üçün istifadə edilən yeni material və strategiyalar haqqında ətraflı müzakirələr ediləcək. İştirakçılar həm nəzəri biliklər, həm də praktiki tətbiqlərlə bağlı faydalı məlumatlar əldə edəcəklər. Konfrans, həmçinin, beynəlxalq əlaqələrin qurulması və peşəkar şəbəkənin genişləndirilməsi üçün əvəzsiz imkanlar yaradacaq. Gəlin birlikdə həm peşəkar inkişafımıza töhfə verək, həm də ehtiyac içində olanlara dəstək olaq. Sizi konfransımızda görməkdən böyük məmnuniyyət və xoşbəxtlik duyarıq.

author-image
RAFAEL PAŞAYEV
Konfrans rəhbəri
author-image

DENTIST & TECHNICIANS

280 azn
320 azn
6 dekabr
2025

Mentorlar

Victor Clavijo
August Bruguera
Giacomo Dallari
Ricardo Mitrani

Proqram

09:00 - 10:00
qeydiyyat
10:00-10:30
açılış
10:30-11:30
Victor Clavijo

Restorativ təkamül: Texnologiya, incəsənət və dəqiqliyi birləşdirən strategiyalar

Restorativ stomatologiyanın dinamik inkişafı fonunda mükəmməllik təbabətin həm rəqəmsal, həm də analoq aspektlərinin vəhdətinin mənimsənilməsindən asılıdır. Keramik materiyallar elastiklik, möhkəmlik və estetik etibarlılığı təmin etməklə müasir stomatoloji restovrativ müalicə proseslərində təməl materiyal halına gəlmişdir. Həmçinin bu nüanslar keramikanın geniş spektrli göstərişlərlə istifadəsinə şərait yaratmışdır.


Bu mühazirədə iştirakçılar keramikanın təkamül prosesinə səyahət edəcək ( rəqəmsal dizayn və CAD/CAM-da istehsaldan tutmuş ənənəvi presləmə və təbəqələmə üsullarına qədər) və optimal nəticələr əldə etmək üçün bu yanaşmaların strateji olaraq necə uğurla kombinasiya edilməli olduğunu anlayacaqlar. Klinik hallara və praktik mülahizələrə əsaslanaraq, nə zaman tam rəqəmsal davam edəcəyimizi, nə zaman analoq toxunuşların hələ də fərq yaradacağını, eləcə də texnologiya ilə sənətkarlıq arasında harmoniyanın necə təmin ediləcəyini birlikdə nəzərdən keçirəcəyik.


Mühazirə zamanı xüsusilə həqiqətən mühim olan detallara diqqət yetiriləcəkdir: marginal kənarın dəqiqliyi, şəffaflığın idarə edilməsi, səth teksturası, rəng kalibrasiyası və adgeziv strategiyalar. İştirakçılar mühazirənin sonunda  müntəzəm, təbii və dözümlü restovrativ nəticələrə necə nail olacaqlarını tam anlayacaqlar. Hər qərar, hər detal və iş prosesinin hər mərhələsi yekun uğurun ayrılmaz hissəsidir.

11:30-12:00
qəhvə fasiləsi
12:00-13:00
August Bruguera

Yeni dövr yeni cavablar tələb edir: Müasir rəqəmsal stomatologiyanın tələblərinə cavab verən yeni protokolların yaradılması

Rəqəmsal stomatologiya hər şeyi dəyişib və bu günə qədər dəyişməz sayılan bir çox parametrlərə yenidən baxmaq zəruridir. Rəqəmsal iş axını üçün dişlərin preparasiyası artıq yeni parametrlər tələb edir. Həmçinin, monolitik restavrasiyalarda rəngin seçilməsi və qiymətləndirilməsində də yeni yanaşmalara diqqət yetirmək lazımdır. Düzgün metodikanın seçilməsi isə hələ ki, mövcud olmayan bir protokola ehtiyac duyur. Təqdimatımda bu yeni dövrdə bizə kömək edəcək protokolları axtararaq, hər şeyə aydınlıq gətirməyə və nizam yaratmağa çalışacağam.

13:00-14:00
nahar
14:00-15:00
Giacomo Dallari

Estetik total ağız reabilitasiyası üçün strategiyalar və yeni materiallar

Total ağız reabilitasiyası (FMR) estetik, funksional və uzunmüddətli davamlılıq arasında düzgün balans tələb edən kompleks yanaşmadır. Bu mühazirədə estetik FMR-in icrasını dəyişdirən müasir strategiyalar və yeni materiallar təqdim olunacaq. Əsas mövzulara diaqnostik protokollar, rəqəmsal planlaşdırma alətləri(məsələn, rəqəmsal gülümsəmə dizaynı-DSD kimi) və multidisiplinar əməkdaşlıq daxildir.

Material seçiminə xüsusi diqqət yetirilir — optik və mexaniki xüsusiyyətlərinə əsasən yüksək şəffaflıqlı zirkonium, litium disilikat və müasir növ kompozitlərin müqayisəsi aparılır. Keramik materialının seçimi, sementləmə texnikaları və adgeziv protokollar üzrə klinik qərarvermə prosesi ətraflı şəkildə izah olunacaq.

Okluziya, vertikal hündürlüyün bərpası və minimal invaziv yanaşmalar real klinik nümunələr əsasında təqdim olunacaq.

Bütün işin gedişatı intraoral skanlama, CAD/CAM və 3D çap kimi rəqəmsal texnologiyalarla inteqrasiya olunaraq yüksək dəqiqlik və proqnozlaşdırıla bilən nəticələr əldə edilir.

15:00-15:30
qəhvə fasiləsi
15:30 - 16:30
Ricardo Mitrani

Yekun diş sırası - Son cizgi harada çəkilməli?

On ildən artıqdır ki, yekun diş sırası (Terminal Dentition) termini peşəkar stomatoloji cəmiyyətində geniş şəkildə istifadə olunur və bu, xəstənin ağız boşluğunda qalan son dişlərin çıxarılmasının zəruriliyini ifadə edir. Lakin bu cür klinik qərar hansı əsasla qəbul olunur? Bütün mütəxəssislər bu anlayışı eyni şəkildə mi şərh edirlər? Qeyd etmək lazımdır ki, “Terminal Dentition” termini elmi baxımdan dəqiq tərifə malik olmayan, bilavasitə stomatoloji praktika çərçivəsində formalaşmış şərti bir anlayışdır. Bundan əlavə, bu günə qədər peşəkar mühitdə belə klinik hallarda hansı protezləşdirmə üsulunun optimal müalicə strategiyası hesab olunmalı olduğu ilə bağlı yekdil fikir mövcud deyil. Bu mühazirənin məqsədi – qalan dişlərin qorunmasından imtina qərarının hansı məqamda verilməli olduğunu və ortopedik reabilitasiyanın ən məqsədəuyğun variantını seçmək üçün tibbi komandaya əsaslandırılmış və strukturlaşdırılmış qərar qəbuletmə yanaşmasını təqdim etməkdir.

16:30-17:30
panel müzakirəsi
17:30-18:00
poster müsabiqəsi


18:00-19:00
bədii proqram

Bİletlər

tələbələr
6 dekabr 2025
240 azn

280 azn

ƏSAS KONFRANS

Beynəlxalq səviyyəli natiqlərin çıxışı, ləzzətli nahar, qəhvə fasilələri və unudulmaz axşam konserti ilə dolu ilhamverici və maraqlı bir günə qoşulun!

indi bilet al
həkim və texniklər
6 dekabr 2025
280 azn

320 azn

ƏSAS KONFRANS

Beynəlxalq səviyyəli natiqlərin çıxışı, ləzzətli nahar, qəhvə fasilələri və unudulmaz axşam konserti ilə dolu ilhamverici və maraqlı bir günə qoşulun!

indi bilet al

səyahətinizi planlaşdırın

Bakı sizi gözləyir

Platinum Sponsor

Conference & Master classes
ƏSAS KONFRANS
tələbələr
240 AZN
ƏSAS KONFRANS
həkim və texniklər
280 AZN
Master Classes
18 iştirakçı
August Bruguera
Realist vizuallaşdırma: 3D və 4D effekt
qeydiyyat
500 AZN