Elm vǝ xeyriyyǝni özündǝ birlǝşdirǝn IV Stomatoloji Xeyriyyǝ Konfransımız yaddaşlarda qalacaq dəyərli bir proqram tǝqdim edǝcǝkdir. Tǝdbirin bir hissǝsi olaraq, dental ortopediya mövzusunu ǝhatǝ edǝn poster müsabiqǝsi elan olunur. Müsabiqənin qalibləri tədbir zamanı elan ediləcəkdir. Stomatoloqları, tələbələri və texnikləri klinik və ya laborator halları, müalicə prosedurlarını və ya elmi tədqiqatlarını təqdim etməyə dəvət edirik.
Mövzu: Ortopedik stomatologiya və/və ya stomatologiyanın digər sahələri ilə ortopedik stomatologiya arasında multidisiplinar yanaşma
Posterin mǝtni aşağıdakı bölmǝlǝrdǝn ibarǝt olmalıdır:
- Giriş
- Müalicə
- Metod və materiyal
- Müzakirə və nəticə
- 1) Giriş hissǝdǝ xǝstǝnin yaşı, cinsi, ǝgǝr varsa, yanaşı xǝstǝliklǝri (diabet, ürǝk damar vǝ s.), zərərli vǝrdişlǝri (tütün, alkoqol) ǝks olunmalıdır. Posterin mövzusu haqqında qısa və ümumi məlumat verilməlidir. Pasiyentin stomatoloji şikayətləri, müayinə zamanı aşkar olunan patologiyalar qeyd olunmalıdır. Pasiyentin müalicǝdǝn ǝvvǝlki vǝ sonrakı fotoşǝkillǝrinǝ bu bölmǝdǝ yer verilmǝlidir.
- 2) Müalicǝ mǝrhǝlǝlǝrinin detalları aydın və başa düşülən cümlələrlə izah edilməli, intra vǝ/vǝ ya ekstra oral fotoşǝkillǝrlǝ vizuallaşdırılmalıdır. Xüsusilǝ, estetik zonanı ǝhatǝ edǝn klinik halların tǝqdimatı zamanı gülüş analizinin tǝtbiqi göstərilməlidir. Cümlələr və şəkillər arasında məntiqi uyğunluq və balans təmin olunmalıdır.
- 3) İstifadə olunan müalicə metodu və texniki yenilik ən azı beş cümlə ilə ətraflı şəkildə təsvir olunmalıdır. Preparatların ümumi adları(qeyri-kommersiya) qeyd olunmalıdır.
- 4) Müzakirǝ bölməsində tətbiq olunan metod və texnikanın üstünlükləri, əhəmiyyəti və aktuallığı əks olunmalı, müalicə nəticəsində pasiyentin həyat keyfiyyətində baş verən dəyişikliklər və sonrakı izlənmə nəticələrinə yer verilməlidir. Həmçinin görülən işin ənənəvi metodlarla müqayisəsinə yer verilə bilər.
Təqdimat qaydaları
- İştirakçılar poster nümunəsinin həm .key (macOs) , həm də .pptx (Windows) formatında olan variantlarını linklərə keçid edərək endirə bilərlər.
- Posterlər pdf formatında poster@livementors.org e-poçt ünvanına göndərilməlidir.
- Posterǝ ǝlavǝ olaraq hǝr bir iştirakçı aktual CV-sini dǝ həmin e-poçt ünvanına təqdim etməlidir.
- Fotoşəkillər isə heç bir dəyişiklik edilmədən (crop, adjust, filters və s. tətbiq olunmadan) e-poçta əlavə olaraq göndərilməlidir.
- Müəllifin və ya müəlliflərin ad və soyadları, həmçinin işlədikləri qurum mütləq qeyd olunmalıdır.
- Müsabiqənin son qəbul tarixinə qədər posterlərdə dəyişiklik, əlavə və düzəlişlərə icazə verilir, lakin bu tarix keçdikdən sonra hər hansı bir dəyişiklik qəbul olunmur.
Format qaydaları
- Dil: Azərbaycan və ya ingilis dili
- Poster mətninin söz limiti: 250-300
- Tövsiyə olunan şrift: Arial
- Şrift ölçüsü: 9
- Minimum şəkil sayı: 5
- Maksimum şəkil sayı: 10-12
- Mətnin sətirlərarası aralığı: Tək sətir (Sətirlər arasında boşluq olmamalı, yəni cümlələr bir-birinin altında aralıqsız yazılmalıdır.)
- Posterdə müəllifin adı, soyadı, yaşadığı ölkə və şəhər qeyd olunmalıdır.
- Poster başlığı: 10 sözdən artıq olmamalıdır. Başlıq sadəcə təsviri xarakter daşımamalı, həm də nəticə yönümlü və təhlil xarakterli olmalıdır. Başlıqdakı hər bir sözün ilk hərfi böyük yazılmalı, lakin bağlayıcı sözlər (və...) istisnadır.
Səsvermə qaydaları
- Bütün posterlǝr müsabiqǝnin elmi komitǝsi tǝrǝfindǝn nǝzǝrdǝn keçirilǝcǝk vǝ sǝsvermǝ yolu ilǝ qaliblǝr müǝyyǝn olunacaqdır.
- Posterlərin qiymətləndirilməsi zamanı müalicə planının aydınlığı və məntiqi ardıcıllığı, onun klinik etibarlılığı və uyğunluğu əsas meyarlar kimi götürüləcək. Eyni zamanda, müalicənin mürəkkəbliyi, hazırlanmış ortopedik konstruksiyaların keyfiyyəti, sənədləşmənin detallılığı və vizual təqdimatın (piksel, qrafika və ümumi görüntü keyfiyyəti) səviyyəsi də nəzərə alınacaq.
- Qiymətləndirmə meyarları ilə bağlı ətraflı məlumatı PDF formatında livementors.org saytından endirə bilərsiniz.
Mükafatlandırma
Poster müsabiqəsinin nəticələrinə əsasən aşağıdakı yerləri tutan iştirakçılar pul mükafatı ilə təltif olunacaqlar:
Eyni zamanda, müsabiqədə iştirak edən tələbələr arasından bir nəfər “Ən Yaxşı Tələbə Posteri” (Best Student Poster) nominasiyası üzrə qalib seçilərək hədiyyə və sertifikatla təltif olunacaq.